Logo
    main-post-cover

    Şirkət rəsmisi Xiaomi 15 Ultra-nın təqdimat müddətini açıqlayıb

    Cihazlar+
    10.12.2024
    Emil
         Xiaomi-nin oktyabr ayında təqdim etmiş olduğu Xiaomi 15 smartfon seriyasına iki model daxil oldu. Söhbət Xiaomi 15 və Xiaomi 15 Pro modellərindən gedir. Lakin gələn ilin birinci yarısında bu seriyaya üçüncü model də daxil olacaq. Söhbət, Xiaomi 15 Ultra-dan gedir. İndi isə məlum olub ki, Xiaomi-nin marketinq şöbəsinin rəhbəri Lao Wei sözügedən smartfonun təqdimat müddətini açıqlayıb. TikTok-un Çin üçün nəzərdə tutulmuş Douyin adlı analoqunda Xiaomi rəsmisi bildirib ki, Xiaomi 15 Ultra smartfonu 2025-ci ilin fevral ayında təqdim olunacaq. Gözləntilərə əsasən bu yeni smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.73 düym ölçülü ekranla təchiz olunacaq, Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq, özündə dördlü arxa kameranı birləşdirəcək və 5000 mAh-dan daha böyük həcmli batareyaya sahib olacaq.
    Paylaş