Logo
    main-post-cover

    Smartfon keyslərinin istehsalçısı iPhone SE 2025-in xarici görünüşünü sərgiləyib

    Cihazlar+
    10.02.2025
    Emil
         Smartfonlar üçün keys istehsalı ilə məşğul olan Spigen adlı şirkətin saytında növbəti iPhone SE modelinin render fotoları yayımlanıb və bu, cihazın dizaynı ilə bağlı şayiələri təsdiqləyir. Qeyd etmək lazımdır ki, son günlərdə olmuş məlumat sızıntılarına əsasən iPhone SE 2025-in ekranı üzərində Dynamic Island çıxıntısı əvəzinə ənənəvi çıxıntı hissə olacaq.
         Ortaya çıxmış render fotolar bu məlumatı təsdiqləyib. Gözlənilir ki, cihaz iPhone 14-ə bənzər şəkildə Face ID sensorları üçün çıxıntıya sahib 6.1 düym ölçülü Super Retina XDR OLED ekranla təchiz olunacaq. Renderlərdən görünür ki, smartfonda bir ədəd arxa kamera olacaq və onun 48 MP olacağı ehtimal edilir.
         Bununla yanaşı smartfonun Apple A18 prosessoru vasitəsilə çalışacağı, 8 GB RAM-ı əldə edəcəyi və Apple şirkətinin fərdi 5G modeminə sahib olacağı gözlənilir. Mobil modem mövzusunda Apple bu üsul ilə Qualcomm-dan asılılığını azalda bilər. Həmçinin, yeni nəsil iPhone SE modelinin USB Type-C portunu dəstəkləyəcəyi və başlanğıc qiymətinin 499$ təşkil edəcəyi gözlənilir. Sızdırılmış məlumatlara görə növbəti iPhone SE artıq bu həftə təqdim oluna bilər.
    Mənbə: GSMarena
    Paylaş