Logo
    main-post-cover

    Snap gəlirlərini artırır, amma gündəlik istifadəçi sayı azalır

    Cihazlar+
    05.02.2026
    Ilhama
         Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Snap Inc. gəlir mənbələrini şaxələndirmək strategiyasını davam etdirir. Reklam gəlirlərindən asılılığı azaltmağı hədəfləyən şirkət abunəlik və gələcəkdə hardware məhsulları hesabına daha dayanıqlı biznes modeli qurmağa çalışır. Şirkətin 2024-cü ilin dördüncü rübü üzrə maliyyə hesabatı bu strategiyanın hələlik orta səviyyədə uğurlu olduğunu göstərir.
         Q4 dövründə Snap-ın gəliri 1,7 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10 % artım deməkdir. İstifadəçi başına orta gəlir isə 3,44 dollardan 3,62 dollara yüksəlib. Şirkətin xalis mənfəəti 45 milyon dollar olub (ötən il bu rəqəm 9 milyon dollar idi).
        Snap üçün əsas müsbət göstəricilərdən biri də Snap+ ödənişli abunə xidmətidir. 2022-ci ildə istifadəyə verilən bu xidmətin abunəçilərinin sayı illik müqayisədə 71 % artaraq 24 milyona çatıb. Lakin bütün bu müsbət maliyyə göstəricilərinə baxmayaraq, platformanın gündəlik aktiv istifadəçi sayı azalıb. Q4-də bu rəqəm 477 milyondan 474 milyona düşüb. Azalma əsasən Şimali Amerika və Avropada qeydə alınıb, digər regionlarda isə cüzi artım müşahidə olunub.
        Reuters-in məlumatına görə, Snap 2025-ci ilin birinci rübü üçün gəlir proqnozlarının analitik gözləntilərdən aşağı olacağını bildirir. Buna səbəb isə Facebook, Instagram və TikTok kimi platformaların reklam bazarında artan rəqabətidir.
    Paylaş