Logo
    main-post-cover

    Snap yeni AR eynəklərini Snapdragon çipi ilə təqdim edəcək

    Cihazlar+
    10.04.2026
    Sevinj
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Snap Inc. özünün növbəti nəsil artırılmış reallıq eynəklərini bu il təqdim etməyə hazırlaşır. Şirkət açıqlayıb ki, yeni “Specs” adlı istehlakçı yönümlü AR eynəkləri Qualcomm tərəfindən hazırlanmış Snapdragon XR çipləri ilə təchiz olunacaq. Bu barədə tərəflər arasında imzalanmış çoxillik strateji əməkdaşlıq razılaşmasında bildirilib.
    Using Snapchat's new glasses showed me where AR goes beyond phones - CNET
        Snap artıq təxminən 10 ildir ki, ağıllı eynəklər üzərində çalışır. İlk “Spectacles” modeli 2016-cı ildə təqdim olunsa da, sonrakı nəsillər əsasən AR imkanlarına malik olub və geniş istehlak bazarına çıxarılmayıb. Yeni “Specs” isə bu texnologiyanı daha geniş auditoriyaya təqdim etməyi hədəfləyir. Yeni eynəklərdə yerli (on-device) süni intellekt, daha güclü qrafika imkanları və çox istifadəçili rəqəmsal təcrübələr kimi funksiyalar yer alacaq. Bu da istifadəçilərə real dünya üzərində rəqəmsal elementləri daha interaktiv şəkildə görmək imkanı verəcək.
        Qeyd edək ki, Snap və Qualcomm əvvəllər də bir neçə Spectacles modelində əməkdaşlıq ediblər. Yeni razılaşma isə bu tərəfdaşlığı daha uzunmüddətli və strateji səviyyəyə qaldırır. Bu sahədə rəqabət də güclənir. Meta 2027-ci ildə öz AR eynəklərini bazara çıxarmağı planlaşdırır. Eyni zamanda Google və Samsung birlikdə bu istiqamətdə çalışır, Apple isə öz AR eynəkləri üzərində işləyir.
    Paylaş