
Snapchat-ın sahibi gələn il AR eynəyini satışa çıxaracaq
Cihazlar+
12.06.2025
Emil
Snapchat-in sahibi olan Snap şirkəti artırılmış reallıq funksiyalı kütləvi istehlaka yönəlmiş ağıllı eynəyi bazara çıxarmağa hazırlaşır. Qurğu Specs adlandırılıb və artıq 2026-cı ildə satışa çıxacaq. Snap Specs tamamilə avtonom işləyəcək və smartfona bağlı olmadan fəaliyyət göstərə biləcək. Bunun üçün eynəyə prosessor, batareya və xüsusi SnapOS əməliyyat sistemi quraşdırılıb. Eynək jestləri tanıyacaq, səsli əmrlərə cavab verəcək və əl hərəkətlərini izləyəcək. İstehsalçı süni zəka inteqrasiyasına böyük önəm verir və bu məqsədlə Snap OpenAI və Google-un dəstəyini qazanıb, həmçinin məkan xəritələrinin yaradılması üçün Niantic ilə əməkdaşlıq edir.

Məlumata görə, Specs-in hazırlanmasına 3 milyard dollardan çox investisiya yatırılıb. Snap, Specs eynəyini Apple Vision Pro və ya Meta Ray-Ban kimi qurğulara daha əlçatan alternativ kimi təqdim etməyi planlaşdırır. Güman edilir ki, eynəyin qiyməti təxminən 300$ olacaq ki, bu da oxşar cihazlarla müqayisədə xeyli aşağıdır. Eynək Snapchat ekosisteminin bir hissəsi olacaq və istifadəçilərə öz AR effektlərini yaratmaq üçün Lens Studio dəstəyi təqdim ediləcək. Snap Specs-in satış tarixi, dəqiq texniki xüsusiyyətləri və qiyməti daha sonra açıqlanacaq.
Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
