main-post-cover

    Snapdragon 7s Gen 3 prosessorunu ilk hansı smartfonun əldə edəcəyi məlum olub

    Cihazlar+
    21.08.2024
    Emil Nəcəfov
         Biraz əvvəl Qualcomm şirkəti orta səviyyəli smartfonlar üçün nəzərdə tutulmuş Snapdragon 7s Gen 3 adlı yeni prosessorunu təqdim etdi. İndi isə bu prosessoru ilk olaraq hansı smartfonun əldə edəcəyi məlum olub. Belə ki, Xiaomi rəsmi şəkildə elan edib ki, təqdim ediləcək Redmi Note 14 smartfon seriyasına daxil olacaq Redmi Note 14 Pro 5G modeli Snapdragon 7s Gen 3 prosessorunu ilk əldə edəcək smartfon olacaq. Qeyd etmək lazımdır ki, bundan əlavə olaraq Redmi Note 14 Pro 5G-nin 1.5K keyfiyyətli OLED ekranı əldə edəcəyi və özündə 50 MP-lik əsas arxa kameranı birləşdirəcəyi gözlənilir. Redmi Note 14 smartfon seriyası ya sentyabrda ya da oktyabrda təqdim olunmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yaxın zamanda büdcəli Redmi 14C 4G smartfonu təqdim ediləcək
    yaxin-zamanda-budceli-redmi-14c-4g-smartfonu-teqdim-edilecek
    Redmi K80 Pro-nun ilk render fotosu ortaya çıxıb
    redmi-k80-pro-nun-ilk-render-fotosu-ortaya-cixib
    Orta səviyyəli smartfonlar üçün Snapdragon 7s Gen 3 prosessoru təqdim edilib
    orta-seviyyeli-smartfonlar-ucun-snapdragon-7s-gen-3-prosessoru-teqdim-edilib
    Snapdragon 7s Gen 3 bahalı olmayan smartfonlar üçün gaming istiqamətli prosessor olacaq
    snapdragon-7s-gen-3-bahali-olmayan-smartfonlar-ucun-gaming-istiqametli-prosessor-olacaq
    Xiaomi 15 Ultra smartfonu 3 versiyada təqdim edilə bilər
    xiaomi-15-ultra-smartfonu-3-versiyada-teqdim-edile-biler