Logo
    main-post-cover

    Snapdragon 8 Gen 3-ü ilk hansı smartfonun əldə edəcəyi məlum olub

    Cihazlar+
    21.08.2023
    Emil
        Artıq məlumdur ki, oktyabr ayının sonunda Qualcomm şirkəti öz növbəti flaqman prosessoru olacaq Snapdragon 8 Gen 3-ü təqdim edəcək. İndi isə internetdə bu prosessoru ilk olaraq hansı smartfonun əldə edəcəyi barəsində məlumat ortaya çıxıb. Ortaya çıxmış məlumata əsasən Qualcomm öz növbəti flaqman prosessoru üçün ilk partnyoru qismində Xiaomi-ni və onun flaqman smartfonu olacaq Xiaomi 14-ü seçib. Qeyd etmək lazımdır ki, Snapdragon 8 Gen 3 prosessoru oktyabr ayının sonunda baş tutacaq Snapdragon Summit 2023 tədbirində təqdim ediləcək. Xiaomi 14-ün isə noyabr və ya dekabr ayında təqdim olunacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər