
Snapdragon 8 Gen 4-ü ilk əldə edəcək smartfonların brendləri açıqlanıb
Cihazlar+
23.04.2024
Farid
Qualcomm öz növbəti flaqman prosessoru olacaq Snapdragon 8 Gen 4-ü bu ilin ikinci yarısında təqdim edəcək. Bu, oktyabr ayında keçiriləcək Snapdragon Summit 2024 tədbiri çərçivəsində baş tutacaq. Sözügedən yeni flaqman prosessora sahib smartfonların isə bu ilin sonuna yaxın satışa çıxacaqları gözlənilir. İndi isə insayderlər hansı brendlərin smartfonlarının Snapdragon 8 Gen 4-ü ilk əldə edəcəklərini açıqlayıblar. Beləliklə onların sözlərinə əsasən Snapdragon 8 Gen 4-ü ilk olaraq Xiaomi şirkəti öz smartfonlarında istifadə edəcək. Çox güman ki, söhbət, Xiaomi 15 smartfon seriyasından gedir. Məlumata əsasən Xiaomi-dən sonra bu prosessoru öz smartfonlarında OnePlus və iQOO brendləri istifadə edəcəklər. Snapdragon 8 Gen 4-ün bu brendlərin OnePlus 13 və iQOO 13 smartfonlarında istifadə ediləcəyi gözlənilir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
