main-post-cover

    Snapdragon 888-ə sahib ilk smartfon: Xiaomi Mi 11-in təqdimat tarixi elan edilib

    Cihazlar+
    22.12.2020
    Farid Pardashunas
        Çoxlu sayda olmuş məlumat sızıntısından sonra Xiaomi şirkəti Mi 11 flaqman smartfon seriyasının təqdimat tarixini elan edib. Görünür, Xiaomi həqiqətən də Snapdragon 888-ə sahib ilk smartfonu təqdim edəcək şirkət olcaq. Beləliklə şirkətin təqdim etdiyi rəsmi posterə əsasən Mi 11 smartfon seriyası 28 dekabr tarixində təqdim olunacaq. Posterdə smartfonun hansısa texniki özəlliyinə işarə verilməyib. Qeyd etmək lazımdır ki, Mi 11 artıq bir sıra sertifikatlaşdırmadan keçib. Gözləntilərə əsasən bu smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K ekran, 12 GB RAM, 108 MP-lik kamera və 55 vatt gücündə sürətli şarj texnologiyası ilə təchiz olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər