Snapdragon 888-ə sahib ilk smartfonlar: Xiaomi Mi 11 və Mi 11 Pro-nun texniki özəllikləri ortaya çıxıb

Snapdragon 888-ə sahib ilk smartfonlar: Xiaomi Mi 11 və Mi 11 Pro-nun texniki özəllikləri ortaya çıxıb

Mobil Cihazlar
04.12.2020 PAYLAŞIM

    İnternetdə Xiaomi-nin yeni flaqman smartfonları olacaq Mi 11 Mi 11 Pro modellərinin texniki özəllikləri ortaya çıxıb. Belə ki, insayderlərdən biri öz Twitter hesabında sözügedən smartfonların texniki özəlliklərini özündə əks etdirən cədvəli təqdim edib. Bu barədə 4pda saytı xəbər verib. Beləliklə məlumata əsasən hər iki smartfon 6 düymdən aşağı olmamaqla kənarları əyilmiş AMOLED ekran əldə edəcək. Ekranlar 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcəklər. Adi Mi 11 modeli 4780 mAh, Mi 11 Pro modeli isə 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.


    Məlumatda qeyd edilib ki, Mi 11 modeli 50 vatt gücündə sürətli naqilli şarj texnologiyası ilə 30 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək. Mi 11 Pro modelinə gəldikdə isə o, 120 vatt gücündə sürətli naqilli şarj texnologiyası ilə 80 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək. Hər iki smartfon yenicə təqdim edilmiş Snapdragon 888 prosessoru, 8 GB RAM və 128 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq. Kameralara gəldikdə isə Mi 11 modeli 108 MP + 13 MP + 5 MP üçlü arxa kameraya, Mi 11 Pro modeli isə 48 MP + 20 MP + 12 MP + 12 MP dördlü arxa kameraya sahib olacaq. Bir sıra məlumatlara əsasən Mi 11 smartfon seriyası bu ayın sonuna kimi təqdim olunacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik 2023-cü il iPhone modellərində olacaq dəyişikliklərdən xəbər ver..

Bu il təqdim olunacaq iPhone 13 barəsində məlumatların ortaya çıxmaqda davam etdiyi bir vaxtda məşhu..


Xiaomi Mi Mix 4 flaqman smartfonunun render fotosu təqdim olunub

Ice Universe ləqəbli məşhur çinli insayder hələ təqdim olunmamış Mi Mix 4 smartfon modelinin keyfiyy..


Qatlana bilən Xiaomi Mi Mix Fold-un təmiri Mi 11 Pro-nun satış qiymətindən baha ..

Xiaomi-nin ilk qatlana bilən smartfonu olan Mi Mix Fold şirkətin ən bahalı smartfonu olmaqla yanaşı ..


Lenovo Legion 2 Pro gamer smartfonu təqdim olunub - QİYMƏTİ

Lenovo şirkəti Lenovo Legion 2 Pro (başqa adı Lenovo Legion Phone Duel 2) gamer smartfonunu təqdim e..


LG şirkəti dəstəyini dayandırmayacağı smartfonların adlarını açıqlayıb..

LG şirkəti mobil biznesinin bağlanmasına baxmayaraq öz smartfonlarını 3 il müddətində dəstəkləyəcəyi..


LG şirkəti son smartfon təqdimatı ilə bağlı yayılmış məlumatlara aydınlıq gətiri..

Bir neçə gün bundan öncə LG şirkəti öz mobil biznesini bağladığını rəsmi şəkildə elan etmişdi...

×