Logo
    main-post-cover

    Snapdragon 8+ Gen 2-ni ilk əldə edəcəyi gözlənilən smartfonun təqdimat tarixi məlum olub

    Cihazlar+
    22.06.2023
    Emil
        İnsayderlər nubia şirkətinin növbəti flaqman smartfonunun təqdimat tarixi barəsində məlumat veriblər. Söhbət, nubia Red Magic 8S Pro-dan gedir. Gözləntilərə əsasən sözügedən smartfon Snapdragon 8+ Gen 2 prosessoru ilə təchiz olunacaq. Bunun olacağı halda Snapdragon 8+ Gen 2-ni əldə edəcək ilk smartfon məhz nubia Red Magic 8S Pro olacaq. İnsayderlərin sözlərinə əsasən smartfon 5 iyul tarixində təqdim ediləcək. Son məlumat sızıntılarına əsasən Red Magic 8S Pro smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.8 düym ölçülü OLED ekran, üçlü arxa kamera, 16 MP-lik ön kamera və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
    Paylaş
    Bənzər xəbərlər