Logo
    main-post-cover

    Snapdragon 8+ Gen 2 prosessorunu əldə edəcək ilk smartfonun adı açıqlanıb

    Cihazlar+
    20.06.2023
    Emil
        Nubia şirkəti 2022-ci ilin sonunda Red Magic 8 Pro adlı gaming smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun yaxşılaşdırılmış versiyasını təqdim etməyə hazırlaşır. Söhbət, Red Magic 8S Pro-dan gedir. Digital Chat Station ləqəbli məşhur insayder bu smartfon barəsində yeni məlumatı təqdim edib. Onun sözlərinə əsasən Red Magic 8S Pro smartfonu Snapdragon 8 Gen 2 prosessoru əvəzinə Snapdragon 8+ Gen 2 prosessoru vasitəsilə çalışacaq. Bununla da belə qənaətə gəlmək olar ki, Snapdragon 8+ Gen 2 prosessorunu ilk əldə edəcək smartfon məhz Red Magic 8S Pro olacaq. Bununla yanaşı məlumatda qeyd edilib ki, sözügedən smartfon 170 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq. Smartfon bu yay təqdim olunmalıdır.
    Paylaş
    Bənzər xəbərlər