main-post-cover

    Snapdragon X Elite prosessoru vasitəsilə çalışan Lenovo ThinkPad T14s Gen 6 prosessoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    22.05.2024
    Farid Pardashunas
         Lenovo şirkəti Snapdragon X Elite prosessoru vasitəsilə çalışan noutbukunu təqdim edib. Şirkətin bu yeni noutbuku Lenovo ThinkPad T14s Gen 6 adlanır. Beləliklə Lenovo ThinkPad T14s Gen 6 noutbuku iki versiyada təqdim edilib. Birinci versiya IPS ekrana, ikinci versiya isə OLED ekrana sahibdir. Hər iki halda ekran ölçüsü 14 düym təşkil edir. Birinci versiyada noutbuk 120 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1200 piksel keyfiyyətli IPS ekranla təchiz olunub və ekran sRGB rəng diapazonunun 100%-ni əhatə edir. İkinci versiyada isə noutbuk 120 Hz-lik təsvir yenilənməsinə sahib 2.8K keyfiyyətli OLED ekranla təchiz olunub və ekran DCI-P3 rəng diapazonunun 100%-ni əhatə edir.
         Lenovo ThinkPad T14s Gen 6 nazik və yüngül gövdəyə sahibdir. Onun qalınlığı 16.9 mm, çəkisi isə 1.24 kq təşkil edir. Üstəlik noutbukun gövdəsi MIL-STD-810H hərbi standartı üzrə sertifikatlaşdırılıb. Xəbərin əvvəlində də qeyd edildiyi kimi Lenovo ThinkPad T14s Gen 6 noutbuku Snapdragon X Elite prosessoru vasitəsilə çalışır. O özündə 64 GB-a kimi LPDDR5x-8533 standartlı RAM-ı və 1 TB-a kimi SSD-ni birləşdirir. Noutbukun batareya həcmi 58 vatt saat təşkil edir. Lenovo ThinkPad T14s Gen 6 USB Type-A, USB4, HDMI 2.1 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. Noutbuk gələn ay satışa çıxacaq və onun qiyməti 1700$-dan start götürəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Lenovo Legion Y7000 2024 gaming noutbuku təqdim edilib - QİYMƏTİ
    lenovo-legion-y7000-2024-gaming-noutbuku-teqdim-edilib-qiymeti
    Snapdragon X Plus prosessoru vasitəsilə çalışacaq ilk noutbukun fotoları təqdim edilib
    snapdragon-x-plus-prosessoru-vasitesile-calisacaq-ilk-noutbukun-fotolari-teqdim-edilib
    Lenovo ThinkPad X1 Yoga 2024 noutbuku təqdim edilib - QİYMƏTİ
    lenovo-thinkpad-x1-yoga-2024-noutbuku-teqdim-edilib-qiymeti
    Lenovo YOGA 27 (2024) monobloku təqdim edilib - QİYMƏTİ
    lenovo-yoga-27-2024-monobloku-teqdim-edilib-qiymeti
    Lenovo ThinkPad S2 2024 noutbuku təqdim edilib - QİYMƏTİ
    lenovo-thinkpad-s2-2024-noutbuku-teqdim-edilib-qiymeti