Logo
    main-post-cover

    Snapdragon X Elite prosessoruna sahib yeni Lenovo noutbuku Geekbench testlərindən keçib

    Cihazlar+
    01.03.2024
    Emil
         Qualcomm şirkəti noutbuklar üçün nəzərdə tutulmuş Snapdragon X Elite adlı desktop prosessorunu keçən ilin oktyabr ayında Sapdragon 8 Gen 3 ilə birlikdə təqdim etmişdi. Lakin şirkətin bu yeni desktop prosessoruna sahib heç bir noutbuk hələ təqdim edilməyib. Qeyd etmək lazımdır ki, Snapdragon X Elite prosessorunun tərkibində Qualcomm-un Oryon adlı fərdi nüvələri mövcuddur. Məlum olub ki, Lenovo-nun hələ təqdim edilməmiş noutbuku bu prosessor vasitəsilə çalışacaq. Belə ki, sözügedən noutbuk Geekbench 6.2 testlərindən keçib. Şirkətin Lenovo 83ED kod adlı noutbuku Geekbench 6.2-nin bir nüvəli testi çərçivəsində 1628 xal, çox nüvəli testi çərçivəsində isə 11 392 xal toplayıb.
         Bu test nəticələri isə Qualcomm-un Snapdragon X Elite ilə bağlı daha öncə təqdim etmiş olduğu test nəticələrindən daha aşağıdır. Belə ki, daha öncəki test nəticələrinə əsasən Snapdragon X Elite 27 vatt enerji sərfiyyatı rejimində çalışması zamanı bir nüvəli test çərçivəsində 2777 xal, çox nüvəli test çərçivəsində isə 14 056 xal toplayıb. Prosessorun 80 vatt enerji sərfiyyatı rejimində çalışması zamanı isə bir nüvəli test çərçivəsində əldə etmiş olduğu xal 2966, çox nüvəli test çərçivəsində əldə etmiş olduğu xal isə 15 239 olub. Lenovo 83ED tərkibində test edilmiş Snapdragon X Elite prosessorunun bu qədər aşağı performansa sahib olmasının səbəbi çox güman ki, prosessorun sadəcə nümunə versiya olmasında və onun optimizasiyaya ehtiyac duymasındadır.
    Paylaş