
Son 6 il ərzində 500 ədəd brend smartfon bazarından çıxıb
Counterpoint analitik şirkəti smartfonlar bazarında brendlərin sayının azaldığından xəbər verib. 2017-ci ildə analitiklərə ümumilikdə 720 ədəd brend məlum idisə, indi onların ümumi sayı 250-dir. Bu məlumatlar 70 aparıcı ölkədə olan əsas satış kanallarının analizlərinə əsaslanır. Buna görə də statistikada kiçik ölkələrdə və ya lokal bazarlarda fəaliyyət göstərən brendlər hesaba alınmaya bilər. Beləliklə Counterpoint-in statistikasına əsasən son 6 il ərzində 500 ədəd brend smartfon bazarından çıxıb.
Bazara yeni daxil olan brendlərin sayı isə çox azdır. Analitiklər bildiriblər ki, qlobal brendlərin sayı ümumilikdə stabildir. Onların sayı əvvəlki kimi 30-a yaxındır. Beləliklə ən böyük zərəri satışları bir neçə qonşu ölkədə cəmlənmiş lokal brendlər görüblər. Bu cür brendlərin satışları ümumilikdə 80% aşağı düşüb. Qlobal brendlərdə isə satışlar 13% aşağı düşüb. Smartfon bazarında fəaliyyətini davam etdirən 220 ədəd lokal brendin cəmi 10%-i bu ilin əvvəlindən 100 000-dən çox smartfon sata bilib.
Paylaş
Bənzər xəbərlər