Son Dəqiqə: Apple iPhone SE (2022) təqdim olundu - QİYMƏTİ

Son Dəqiqə: Apple iPhone SE (2022) təqdim olundu - QİYMƏTİ

Mobil Cihazlar
08.03.2022 PAYLAŞIM

    Apple şirkəti yeni iPhone SE (2022) smartfonunu təqdim etdi. Yeni iPhone SE modeli özündə klassik dizaynı və müasir prosessoru birləşdirir. Bundan əlavə olaraq bu, Apple şirk'tinin 5G dəstəkli ən ucuz smartfonudur. Təqdimatdan öncə ortaya çıxmış məlumatlarda qeyd edilmişdi ki, xarici görünüşcə yeni iPhone SE (2022) modeli iPhone SE (2020)-yə bənzəyəcək. Belə də oldu. Qeyd etmək lazımdır ki, iPhone SE (2020) öz növbəsində iPhone 8-in dizaynını təkrarlayır. Yeni iPhone SE (2022) modeli 4.7 düym Retina HD ekran ilə təchiz olunub. Smartfon həm arxa həm də ön tərəfdən qoruyucu şüşə material ilə əhatə edilib.


    Apple şirkətinin məlumatına əsasən həmin şüşə material bazarda mövcud olan ən dözümlü qoruyucu şüşə materiallardan biridir. Smartfonun ön panelinin aşağı hissəsində fiziki Home düyməsi yerləşir və ona ənənəvi Touch ID texnologiyası inteqrasiya edilib. Smartfonun gövdəsi həmçinin IP67 standartı üzrə sudan qorunur. Yeni iPhone SE (2022) modelini əvvəlki modeldən fərqləndirən əsas özəllik ondan ibarətdir ki, o, A15 Bionic prosessoru ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, iPhone 13 seriyasının modelləri də sözügedən prosessor ilə təchiz olunurlar.

    A15 Bionic prosessoru hesabına iPhone SE (2022) modeli 5G dəstəyini əldə edib. Bundan əlavə olaraq iPhone SE (2022) özündə f/1.8 diafraqmalı 12 MP-lik arxa kameranı və 7 MP-lik ön kameranı birləşdirir. Arxa kamera həmçinin təsvirin optik stabilizasiyası funksiyasını dəstəkləyir. Şirkət bildirib ki, smartfonun kamerası ilə bağlı proqram təminatı təkmilləşdirilib. Bunun hesabına kamera kadrdakı artıq küyü aradan qaldıraraq yüksək keyfiyyətli fotoların çəkilməsi imkanını təqdim edir. iPhone SE (2022) 18 mart tarixində 429$ qiymətində satışa çıxacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi 12S-in güman edilən ilk real fotosu internetdə ortaya çıxıb

Çinin Weibo sosial şəbəkəsində Xiaomi 12 seriyasının yeni modelinin ilk real fotosu ortaya çıxıb...


Nothing şirkətinin ilk smartfonu olacaq Nothing Phone (1) haqqında yeni məlumatl..

8 il bundan öncə ilk OnePlus One smartfonunda olduğu kimi OnePlus şirkətinin keçmiş həmtəsisçisi Car..


Samsung öz flaqman smartfonlarında Exynos prosessorlarının istifadəsindən imtina..

Samsung şirkəti Galaxy S22 smartfonlarında AMD RDNA 2 arxitekturası əsaslı qrafikaya sahib Exynos 22..


Redmi Note 11T Pro və Note 11T Pro+ smartfonları təqdim edilib - QİYMƏTİ

Redmi brendinin Redmi Note 11 smartfon seriyasına yeni modellər daxil olublar.


Motorola 200 MP-lik kameraya sahib yeni flaqman smartfon üzərində çalışdığını tə..

Motorola şirkəti özünün yeni flaqman smartfon modelinin ilk tizer fotosunu təqdim edib.


Yeni OnePlus Nord 2T smartfonu təqdim edilib - QİYMƏTİ

Sözügedən smartfon keçən ilki OnePlus Nord 2-nin bir qədər təkmilləşdirilmiş versiyasıdır...

×