SON DƏQİQƏ: Galaxy Note 20 və Galaxy Note 20 Ultra smartfonları təqdim olundular - QİYMƏTİ

SON DƏQİQƏ: Galaxy Note 20 və Galaxy Note 20 Ultra smartfonları təqdim olundular - QİYMƏTİ

Mobil Cihazlar
05.08.2020 PAYLAŞIM

    Samsung şirkəti Galaxy Unpacked 2020 tədbiri çərçivəsində Galaxy Note 20 flaqman smartfon seriyasını təqdim edib. Yeni seriyaya adi Galaxy Note 20 Galaxy Note 20 Ultra modelləri daxil olublar. Keçən ilki Galaxy Note modelləri ilə müqayisədə bu ilki Galaxy Note 20 modellərində yenilənmiş ekran, kameralar və digər texniki göstəricilər reallaşdırılıb. Lakin yeni seriyada əsas diqqət istifadəçi produktivliyinə ayrılıb. Bunun üçün isə şirkət S Pen stilusunu təkmilləşdirərək bir sıra unikal funksiyaları inteqrasiya edib. Beləliklə təqdim olunmuş Galaxy Note 20 və Galaxy Note 20 Ultra modelləri xarici görünüşcə bir-birilərinə bənzəyirlər. Təbii ki, onların arasında ekran ölçüsü, kamera və bəzi texniki özəllik fərqi var.


    Galaxy note 20 modeli Full HD+ keyfiyyətli 6.7 düym Super AMOLED ekrana sahibdir. Onun ekranı həmçinin Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub və 60 Hz-lik təsvir yenilənməsini dəstəkləyir. Galaxy Note 20 Ultra modeli isə WQHD+ keyfiyyətli 6.9 düym Dynamic AMOLED 2X ekrana sahibdir. Onun ekranı bir neçə müdət budnan öncə təqdim edilmiş yeni nəsil Gorilla Glass Victus adlı qoruyucu şüşə ilə əhatə edilib və 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyir. Keçən ilki Galaxy Note modelləri ilə yanaşı yeni modellərin ekranları 25% daha parlaq olublar. Bu isə öz növbəsində smartfondan işıqlı havada istifadəni asanlaşdırır. Həmçinin smartfonların ekranlarının yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib.

    Əsas texniki göstəricilərə gəldikdə onu qeyd etmək lazımdır ki, hər iki smartfon Exynos 990 prosesosru və Mali-G77 MP11 qrafik çipi ilə təchiz olunub. Galaxy Note 20 modeli həmçinin 8 GB RAM, 256 GB daxili yaddaş həcmi (microSD dəstəyi yoxdur), 12 MP (f/1.8 diafraqma, 2PD avtofokus, OIS) + 12 MP (f/2.2 diafraqmalı ultragenişbucaqlı obyektiv) + 64 MP (f/2.2 diafraqmalı teleobyektiv, 3 qat hibrid zoom, OIS) üçlü arxa kamera, 10 MP-lik (f/2.2 diafraqma, 2PD avtofokus) ön kamera və 4300 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

    Galaxy Note 20 Ultra modeli isə 8 (LTE versiya) / 12 GB (5G versiya) RAM, 256 (LTE versiya) / 512 GB (5G verisya) daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 108 MP (f/1.8 diafraqma, PD avtofokus, OIS) + 12 MP (f/2.2 diafraqmalı ultragenişbucaqlı obyektiv) + 12 MP (f/3.0 diafraqmalı teleobyektiv, 5 qat optik zoom, OIS) üçlü arxa kamera, 10 MP-lik (f/2.2 diafraqma, 2PD avtofokus) ön kamera, 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

    Qeyd etmək lazımdır ki, hər iki smartfon ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasıma sahibdir, NFC modul ilə təchiz olunub, sürətli naqilli / naqilsiz və ikitərəfli şarj texnologiyalarını dəstəkləyir və IP68 standartı üzrə sudan / tozdan qorunma özəlliyinə sahibdir. Şirkətin məlumatına əsasən smartfonlarda olan sürətli şarj texnologiyası sayəsində onlar 50% enerjini 30 dəqiqəyə yığa bilirlər. Sözügedən smartfonlar saniyədə 24 kadr sürətlə 8K keyfiyyətində videolar çəkə bilirlər. Həmçinin videoçəkilişdə obyektivin yaxınlaşdırılma özəlliyinin sürətini də ayarlamaq mümkündür. Samsung-un verdiyi məlumata əsasən smartfonlarda olan yenilənmiş S Pen stilusu machine learning sistemindən istifadə edərək özünü təkmilləşdirir.

    Galaxy Note 10-dan fərqli olaraq Note 20-də S Pen stilusun ekrana toxunuş reaksiyasının müddəti 40%, Note 20 Ultra-da isə 80% azaldılıb. Bununla yanaşı yenilənmiş S Pen smartfondan istifadə üçün nəzərdə tutulmuş 5 jest sistemini əldə edib: Geriyə dönüş, Home, əvvəlki tətbiqlər, smart ayırma və ekran videosunun çəkilməsi. S Pen vasitəsilə yazılan bütün qeydlər ekosistemin müxtəlif cihazları ilə sinxronlaşdırılır. Bura həmçinin planşetlər və kompüterlər də daxildirlər. Əl ilə yazılmış qeydləri fotolara, mətn sənədlərinə və PDF fayllara əlavə etmək olar. Ənənəyə sadiq qalaraq Galaxy Note 20 seriyasının modelləri də yenilənmiş DeX rejimini əldə ediblər.

    Qeyd etmək lazımdır ki, bu rejim heç bir naqildən istifadə etməyərək kompüterə, monitora və ya televizora qoşulmaq imkannı verir. Bu rejim vasitəsilə müxtəlif kontenti qoşulmuş cihaza ötürmək olar. Məsələn canlı yayım videosunu televizorda əks etdirmək və eyni anda smartfonda kiminləsə yazışmaq olar. Bununla yanaşı Microsoft şirkəti ilə əməkdaşlıq çərçivəsində Samsung smartfonları Windows 10 ilə daha dərin inteqrasiyanı əldə ediblər. Bu əməkdaşlıq çərçivəsində Samsung smartfonlarındakı tətbiqləri kompüterdə işə salmaq mümkün olacaq. Beləliklə Galaxy Note 20 seriyası 21 avqust tarixində satışa çıxacaq. Adi Galaxy Note 20 modeli 999$-a, Galaxy Note 20 Ultra isə 1299$-a satılacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Huawei P50 və P50 Pro təqdim olunub - QİYMƏTİ

Təqdimat tədbirinin dəfələrlə təxirə salınmasına baxmayaraq Huawei şirkəti sonunda özünün yeni flaqm..


Yeni POCO X3 GT smartfonu təqdim olunub - QİYMƏTİ

POCO brendi özünün yeni POCO X3 GT adlı smartfonunu təqdim edib.


Məşhur insayder Redmi K50 və K50 Pro smartfonları barəsində bəzi məlumatları ver..

Redmi K50 smartfon seriyasının təqdimatına hələ aylarla zaman olmasına baxmayaraq internetdə onun ba..


HMD Global yüksək dözümlülüyə sahib Nokia XR20 smartfonunu təqdim edib - QİYMƏTİ..

HMD Global şirkəti yüksək dözümlülüyə sahib Nokia XR20 smartfon modelini təqdim edib.


Qatlana bilən Galaxy Z Flip 3 smartfonunun press render fotoları təqdim olunub..

Nüfuzlu insayder Roland Quandt təqdimata hazırlaşan Galaxy Z Flip 3 qatlana bilən smartfonunun press..


iPhone 13 bir qədər daha tez şarj oluna biləcək

Verilmiş yeni məlumata əsasən bu il təqdim olunacaq iPhone modelləri aktual olan iPhone-lardan fərql..

×