main-post-cover

    SON DƏQİQƏ: Samsung yeni qatlana bilən Galaxy Z Fold 2 smartfonunu təqdim edib

    Cihazlar+
    05.08.2020
    Emil Nəcəfov
        Samsung şirkəti Galaxy Unpacked 2020 tədbiri çərçivəsində Galaxy Note 20 seriyasından əlavə olaraq həm də yeni qatlana bilən smartfonu Galaxy Z Fold 2-ni təqdim etdi. Keçən il təqdim olunmuş Galaxy Fold modeli ilə oxşarlığının olmasına baxmayaraq yeni Galaxy Z Fold 2 bir sıra vacib dəyişikliklər əldə edib. Nəzərə çarpan ən əsas dəyişiklik xarici ekranla bağlıdır.
        Belə ki, smartfon 6.23 düym xarici ekran əldə edib. Qeyd etmək lazımdır ki, xarici ekran smartfonun ön panelinin demək olar bütün sahəsini əhatə edir. Xarici ekran əsas ekran qismində də istifdə edilə bilər. Əsas daxili ekrana gəldikdə isə Galaxy Z Fold 2 modeli 7.6 düym ekran əldə edib. Keçən ilki modeldən fərqli olaraq yeni modeldə ekran ətrafındakı çərçivələr də nəzərə çarpacaq dərəcədə nazikləşiblər.
        Bununla yanaşı yeni modeli keçən ilki modeldən fərqləndirən daha bir özəllik ondan ibarətdir ki, Galaxy Z Fold 2-nin əsas ekranı üzərində ön kamera üçün nəzərdə tutulmuş ənənəvi çıxıntı hissə yoxdur. Bunun yerinə həm əsas həm də köməkçi ekranın yuxarı mərkəz hissəsinə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairə yerləşdirilib. Şirkət smartfonun texniki göstəriciləri barəsində məlumat verməyib. Onun sözlərinə əsasən smartfon barəsində ətraflı məlumat 1 sentyabr tarixində keçiriləcək tədbirdə veriləcək.
    Linki kopyala