Reklam
Son Dəqiqə: Xiaomi Mi Mix 4 təqdim olunub - QİYMƏTİ

Son Dəqiqə: Xiaomi Mi Mix 4 təqdim olunub - QİYMƏTİ

Mobil Cihazlar
10.08.2021 PAYLAŞIM

    Xiaomi Mi Mix 3-ün satışa çıxmasından 3 il sonra Xiaomi sonunda Mi Mix 4-ü təqdim edib. Bu, ekranın alt hisssinə inteqrasiya edilmiş ön kameralı ilk Xiaomi smartfonudur. Əvvəlki Mi Mix modellərində olduğu kimi yeni smartfonda da şirkət smartfonun dizaynına və flaqman texniki özəlliklərinə diqqət ayırıb. Beləliklə Mi Mix 4-ün gövdəsi keramik materialdan hazırlanıb. Ekran demək olar ön panelin bütün hissəsini əhatə edir və onun kənarları çox cüzi əyilmiş şəkildə reallaşdırılıb. Ekranın üzərində ön kamera üçün heç bir çıxıntı hissə yoxdur. Belə ki, ön kamera ekranın alt hissəsinə yerləşdirilib. Bunun üçün Xiaomi romb formasında olan piksel quruluşlarına sahib xüsusi matrisadan istifadə edib. Bunun sayəsində mühəndislər piksellərin ölçülərini azaltmağa və eyni zamanda parlaqlıq səviyyəsini yüksəltməyə nail olublar.


    Ön kamera yalnız işə düşən zaman görünür. Adi istifadədə onu görmək mümkün deyil. Mi Mix 4 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym OLED ekran ilə təchiz olunub. Smartfonun ekranı HDR10+Dolby Vision texnologiyalarını dəstəkləyir. Bununla yanaşı ekran Gorilla Victus qoruyucu şüşəsi ilə əhatə olunub. Əsas texniki göstəricilərə gəldikdə isə Mi Mix 4 modeli Snapdragon 888+ prosessoru, 8/12 GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi, 108 MP (f/1.95 diafraqma, OIS) + 13 MP (maye linzalı ultragenişbucaqlı obyektiv / 120 dərəcə bucaq təsviri), 8 MP (5 qat optik zoom, OIS) üçlü arxa kamera, 20 MP-lik ön kamera və 120 vatt gücündə sürətli şarj tenxologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

    Adi rejimdə smartfon 100% enerjini 21 dəqiqəyə yığır. Lakin Boost rejimi vasitəsilə 100% enerji 15 dəqiqə ərzində yığılır. Bununla yanaşı smartfon 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir. Onun vasitəsilə adi rejimdə smartfon 100% enerjini 45 dəqiqə ərzində, Boost rejimdə isə 28 dəqiqəyə yığır. Digər özəlliklər arasında NFC modulu və IP68 standartı üzrə sudan qorunmanı qeyd etmək lazımdır. Mi Mix 4 16 avqust tarixində Çində satışa çıxacaq. Onun qlobal bazarda satılıb satılmayacağı bilinmir. Çindəki satış qiymətləri isə aşağıdakı kimi olacaq:

- 8 GB RAM + 128 GB yaddaş - 771$

- 8 GB RAM + 256 GB yaddaş - 817$

- 12 GB RAM + 256 GB yaddaş - 894$

- 12 GB RAM + 512 GB yaddaş - 972$.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


POCO F4 və POCO X4 GT smartfonları təqdim olunub - QİYMƏTİ

Xiaomi tərəfindən keçirilmiş rəsmi təqdimat çərçivəsində POCO brendi öz yeni smartfonlarını təqdim e..


Nothing Phone (1)-in bəzi texniki özəllikləri Geekbench vasitəsilə təsdiqlənib..

Təqdimata hazırlaşan Nothing Phone (1) smartfonunun dizaynı və hətta çalışma prosesi daha öncədən sə..


iPhone 14 smartfonları bir dəfə şarj olunandan sonra əvvəlki iPhone-lardan daha ..

Çinin Baidu adlı sosial şəbəkəsində iPhone 14 smartfonlarının vacib özəlliklərindən birini əhatə edə..


6000 mAh batareyaya sahib büdcəli Galaxy F13 smartfonu təqdim olunub - QİYMƏTİ..

Samsung şirkəti Galaxy F13 adlı yeni büdcəli smartfonunu təqdim edib.


Nothing Phone (1)-in hərtərəfli dizaynı və unikal funksiyaları sərgilənib (VİDEO..

MKBHD adlı Youtube kanalının müəllifi məşhur blogger Marques Brownlee OnePlus şirkətinin keçmiş həmt..


Xiaomi 12 Ultra flaqman smartfonunun yeni real fotoları ortaya çıxıb

Twitter-də Xiaomi şirkətinin təqdimata hazırlaşan Xiaomi 12 Ultra flaqman smartfonunun yeni real fot..

×