
Son Galaxy S smartfonları ilə müqayisədə son iPhone smartfonları öz dəyərlərini daha tez itirməyə başlayıblar
Smartfon bazarında dəyər tendensiyası dəyişməyə başlayıb. Belə ki, məlum olub ki, hər yeni nəsil iPhone öz dəyərini daha tez itirir. Galaxy S smartfonları isə öz dəyərlərini daha uzun müddət ərzində saxlaya bilirlər. Smartfon və planşetlər üçün nəzərdə tutulmuş SellCell adlı ticarət platforması geri alış xidmətini təqdim edən 40-dan çox təmsilçidən əldə edilmiş trade-in məlumatlarını analiz edərək təyin edib ki, iPhone 16 seriyası satışa çıxandan cəmi 2 həftə sonra artıq öz dəyərinin 41%-ni itirib.
Müqayisə üçün qeyd etmək lazımdır ki, iPhone 15 və iPhone 14 eyni müddət ərzində öz dəyərlərinin 33%-ni itirmişdilər. Məlumata əsasən 1 il ərzində iPhone 15 öz dəyərinin 48%-ni, iPhone 14 öz dəyərinin 47.5%-ni, iPhone 13 isə öz dəyərinin 46%-ni itirib. Hər yeni Galaxy S smartfonu isə öz dəyərini daha ləng şəkildə itirir. Məsələn satışa çıxmasından 12 ay sonra Galaxy S22 öz dəyərinin 67%-ni, Galaxy S23 isə 61%-ni itirib. Galaxy S24 üçün illik statistika hələ yoxdur. Lakin satış startından sonrakı ilk 6 ayı nəzərə alsaq, Galaxy S24 öz dəyərinin 50%-ni itirib.
Paylaş