Sony 7 ildən sonra yeni Bluetooth vinil pleyerlərini təqdim etdi
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Sony 7 ildən sonra ilk dəfə iki yeni Bluetooth dəstəkli vinil pleyerini təqdim edib. Bu addım Sony-nin televiziya və səs sistemləri biznesini TCL-ə ötürməsindən cəmi bir neçə gün sonra atıldığı üçün xüsusilə diqqət çəkir.
Sony PS-LX3BT və Sony PS-LX5BT vaxtilə böyük populyarlıq qazanan PS-LX310BT modelinin birbaşa davamçılarıdır. PS-LX310BT uzun illər ərzində başlanğıc səviyyəli ən uğurlu Bluetooth vinil pleyerlərdən biri hesab olunurdu. Yeni PS-LX3BT modeli 399,99 dollar qiymətlə hazırda ön sifarişə açılıb. Daha premium seqmentə yönəlmiş PS-LX5BT isə 499,99 dollara bu yaz satışa çıxacaq. Qiymət artımı diqqət çəkir: 2019-cu ildə təqdim edilən PS-LX310BT uzun müddət 199,99 dollara satılırdı.
Texniki baxımdan yeni modellər ciddi yeniliklər gətirir. 2026 seriyalı bu vinil pleyerlər aptX və aptX-Adaptive kimi inkişaf etmiş Bluetooth kodeklərini dəstəkləyir. Bu isə simsiz bağlantıda səs keyfiyyətinin daha az itki ilə ötürülməsinə imkan verir. Hər iki model 33⅓ və 45 dövrəli vinilləri oxuyur və daxili fono-preampla birbaşa səs sistemlərinə qoşula bilir.
Paylaş
Bənzər xəbərlər