Logo
    main-post-cover

    Sony Interactive Entertainment-in CEO-su gələcəkdəki PlayStation-un necə olacağını açıqlayıb!

    Cihazlar+
    29.12.2024
    Farid

         Sony Interactive Entertainment-ın CEO-su Hideaki Nishino, PlayStation-un əsas diqqətinin konsollarda olduğunu və cloud gaming-in artmasına baxmayaraq, PlayStation 4 və 5-in geniş oyunçu bazasına sahib olduğunu bildirib.

         PlayStation CEO-su Nishino-ya görə, konsollar Sony-nin oyun strategiyasının yaxın gələcəkdə mərkəzində yer alacaq. Nishino verdyi açıqlamada belə deyib: “Bugünkü vəziyyətə əsasən, çox sayda istifadəçi hələ də PS4 oyunları oynayır və PS5 oyunlarının sayı da artmaqdadır. Bu vəziyyətin yaxın zamanda ani şəkildə dəyişəcəyini düşünmürəm və konsolların hələ bir müddət şirkətin fəaliyyətinin təməli olacağına inanıram.
         Bununla yanaşı, CEO Nishino PC oyunları kimi alternativ platformaların artan populyarlığının fərqində olduqlarını bildirib. Bu dəyişikliklərə cavab olaraq Sony Interactive Entertainment PlayStation istifadəçi bazasını genişləndirmək üçün müxtəlif yollar araşdırır. Bu istiqamətdəki səylərin bir nəticəsi olaraq PS Portal kimi PS5 oyunlarının paylaşılmasına imkan yaradan cloud əsaslı oyun həlləri üzərində də işləyirlər. Bu səylərə baxmayaraq, Nishino oyunçuların həqiqi oyun təcrübəsini yaşaması üçün hələ də bir idarəetmə cihazına və ekrana ehtiyac duyduqlarını vurğulayıb. Buna görə də, avadanlığın kritik rol oynamağa davam edəcəyini qeyd edib.
         PS5 konsolunun ömrü ilə bağlı danışan Nishino, PS4-ə bənzər şəkildə uzun bir ömrlə fəaliyyət göstərəcəyini proqnozlaşdırır. Lakin şirkət konsolun ömrünü uzatmaq üçün yeni nəsil PS6-nın təqdimatını təxirə salmağı düşünmür. Nishino açıqlamasında belə deyib: “Yeni avadanlığın təqdimat vaxtı texnoloji inkişafların zaman qrafiki və Sony Interactive Entertainment-in bunu tətbiq etmək üçün seçdiyi zamanla əlaqəli olacaq. Doğru olduğuna inandığımız nöqtəyə nə vaxt çatacağımızı daim qiymətləndiririk.
    Paylaş