
Sony kompakt ölçülü smartfonlar istehsal etməyə davam edəcək
ASUS şirkətinin növbəti smartfonunda ekran ölçüsünün böyüdüləcəyi xəbərindən sonra elə hiss yaranır ki, mobil cihazlar bazarında ümumiyyətlə kompakt ölçülü smartfonların sayı getdikcə azalır. Bununla belə Sony şirkəti bazardakı trendlərə əks istiqamətdə getməyə davam edir. Xperia smartfonları siyahısına daxil olacaq yeni model barəsində ortaya çıxmış yeni məlumat da bunu təsdiqləyir. Ross Young adlı məşhur insayderin vermiş olduğu məlumata əsasən Sony nisbətən kompkat ölçülü smartfonların istehsalını davam etdirəcək.
Belə ki, şirkətin növbəti kompakt ölçülü smartfonu 6.05 düym ekrana sahib olacaq. İnsayder bildirib ki, söhbət, Xperia 5 seriyasına daxil olacaq smartfondan gedir. Bu isə o deməkdir ki, bizləri keçən ilki Xperia 5 IV-in davamçısı gözləyir. Qeyd etmək lazımdır ki, Xperia 5 IV-in özü 6.1 düym ekran ilə təchiz olunur. Sadəcə olaraq güman etmək olar ki, Xperia 5 IV-in davamçısı Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və onun ekranı 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcək.
Paylaş
Bənzər xəbərlər