Logo
    main-post-cover

    Sony-nin hələ təqdim edilməmiş Xperia 5 V adlı yeni flaqman smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    23.02.2023
        Geekbench bençmark saytının məlumatlar bazasında XQ-DQ72 kod adına sahib cihaz ortaya çıxıb. Söhbət, Sony Xperia 5 V flaqman smartfonundan gedir. Geekbench öz növbəsində sözügedən smartfonun performans göstəricilərindən əlavə olaraq onun bəzi texniki özəlliklərini də ortaya çıxardıb. İlk öncə onu qeyd etmək lazımdır ki, Sony Xperia 5 V Geekbench-in bir nüvəli testi çərçivəsində 1439 xal, çox nüvəli testi çərçivəsində isə 5071 xal toplayıb. Geekbench məlumatlarına əsasən Sony-nin yeni flaqman smartfonu 16 GB RAM ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, şirkətin  daha əvvəlki flaqman smartfonları maksimum 8/12 GB RAM ilə təchiz olunurdular. Əlavə olaraq Xperia 5 V smartfonu Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq. Yeni flaqman smartfonun gələn həftə Barselonada start götürəcək MWC 2023 sərgisində təqdim ediləcəyi gözlənilir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Sony-nin hələ təqdim edilməmiş Xperia 5 V adlı yeni flaqman smartfonu Geekbench testlərindən keçib | Technote