Logo
    main-post-cover

    Sony-nin yeni portativ oyun konsolunun bəzi texniki imkanları açıqlanıb

    Cihazlar+
    13.06.2025
    Emil
         Son zamanlarda ortaya çıxmış məlumatlara inansaq, Sony şirkəti yeni portativ oyun konsolu üzərində çalışır. İndi isə insayderlər hazırlanan bu portativ oyun konsolunun texniki imkanları barəsində bəzi təfərrüatları təqdim ediblər. Beləliklə insayderlərin təqdim etmiş olduqları məlumata əsasən Sony-nin yeni portativ oyun konsolu AMD şirkətinin güclü prosessorunu əldə edəcək və prosessor süni zəka əsasında oyunun görüntü keyfiyyətinin yaxşılaşdırılması texnologiyasını dəstəkləyəcək. Çox güman ki, söhbət, PS5 Pro-da istifadəyə verilmiş PSSR texnologiyasından gedir.
         Üstəlik məlumatda qeyd edilib ki, oyun konsolu LPDDR5X standartlı 16 GB-lıq RAM ilə təchiz olunacaq. Məlumata əsasən yeni portativ oyun konsolunun yaddaşındakı məlumatların ötürülməsi sürəti PS5 ilə müqayisədə daha aşağı olacaq. Lakin bununla belə konsol daha geniş həcmli keş yaddaşını əldə edəcək. Söhbət, 4 MB həcmli L2 keş yaddaşından və 16 MB həcmli MALL (Infinity Cache) keş yaddaşından gedir. Sony-nin yeni portativ oyun konsolunun yaxın illər ərzində satışa çıxacağı gözlənilir.
    Paylaş