Logo
    main-post-cover

    Sony-nin yeni qərarı rəqəmsal mülkiyyət mübahisəsini yenidən alovlandırdı

    Cihazlar+
    29.06.2026
    Sevinj
        Sony Avropadakı PlayStation istifadəçiləri üçün gözlənilməz qərar qəbul edib. Şirkət bildirib ki, 1 sentyabr 2026-cı il tarixindən etibarən Studio Canal-a məxsus filmlər və seriallar bəzi Avropa ölkələrində PlayStation Store vasitəsilə satın alan istifadəçilərin kitabxanasından silinəcək.
    Sony Interactive Entertainment - Wikipedia
        Şirkətin açıqlamasına görə, bu addım məzmun lisenziyalaşdırma müqavilələrinin başa çatması ilə əlaqədardır. Nəticədə istifadəçilər əvvəllər pul ödəyərək aldıqları məzmunlara artıq giriş əldə edə bilməyəcəklər. Silinəcək məzmunlar arasında "Terminator 2: Judgment Day", "Rambo", "Hot Fuzz", "Attack The Block" və "Bridget Jones's Diary" kimi məşhur filmlər də yer alır. Ümumilikdə yüzlərlə film və serial PlayStation istifadəçilərinin şəxsi video kitabxanalarından yox olacaq.
        Qərarın ən çox tənqid olunan tərəfi isə Sony-nin istifadəçilərə hər hansı kompensasiya və ya geri ödəniş barədə məlumat verməməsidir. Bu da bir daha rəqəmsal məzmunun əslində istifadəçinin tam mülkiyyətinə keçmədiyi, yalnız müəyyən müddət üçün istifadə hüququnun təqdim edildiyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.Bu, böyük texnologiya şirkətlərinin rəqəmsal məhsullara girişi sonradan məhdudlaşdırdığı ilk hadisə deyil. Son illərdə oyun və film sənayesində oxşar hallar dəfələrlə baş verib və istifadəçilər fiziki daşıyıcıların yoxa çıxmasının istehlakçı hüquqlarına mənfi təsir etdiyini bildirirlər.
     
    Paylaş