Sony PlayStation 6 ilə yanaşı daha bir oyun konsolu üzərində çalışmış ola bilər
Heç şübhəsiz Sony şirkəti hal-hazırda PlayStation 6 üzərində çalışır. Bu həftənin əvvəlində Reuters saytı xəbər vermişdi ki, Sony şirkəti AMD ilə yeni əməkdaşlıq müqaviləsi bağlayıb və müqaviləyə əsasən PlayStation 6 üçün nəzərdə tutulmuş prosessorun istehsalı ilə məhz AMD məşğul olacaq. Ortaya çıxmış yeni məlumata əsasən isə Sony şirkəti PlayStation 6 ilə yanaşı daha bir yeni oyun konsolu üzərində çalışmış ola bilər.
Məlumatda qeyd edilib ki, Sony hal-hazırda PlayStation üçün nəzərdə tutulmuş iki prosessor üzərində çalışır. İnsayderlər bu fikrin nə mənaya gəldiyini hələ təyin etməyiblər. Lakin onlar güman edirlər ki, söhbət, Xbox Series X və S kimi müxtəlif texniki imkanlara sahib iki fərqli oyun konsolundan gedə bilər. Digər tərəfdən PlayStation 6 ilə yanaşı hazırlanan daha bir oyun konsolu əslində şirkətin yeni portativ oyun konsolu ola bilər. Hal-hazırda portativ oyun konsollarına tələbat çox böyükdür və Sony-nin PlayStation Portal adlı aksesuarının alıcılar arasında məşhur olması şirkətin bu bazara yenidən diqqət yetirməsinə səbəb ola bilər.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...