Logo
    main-post-cover

    Sony qatlana bilən qapaqlı Xperia smartfonu üzərində çalışır

    Cihazlar+
    22.05.2023
        İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən Sony şirkəti Xperia Compact smartfon seriyasını bərpa etməyi planlaşdırır. Onlar bildiriblər ki, Sony sözügedən smartfon seriyasında kompakt ölçülərə sahib qatlana bilən qapaqlı yeni smartfonu təqdim etməyə hazırlaşır. Bəzi məlumatlara əsasən Xperia Compact seriyasının növbəti smartfonu Xperia Fold adını əldə edəcək və xarici görünüşcə Galaxy Z Flip-i xatırladacaq. İnsayderlər bildiriblər ki, bu yeni smartfon flaqman prosessor, böyük həcmli batareya və daxili yaddaş həcmi ilə təchiz olunacaq. Gözləntilərə əsasən Sony-nin qatlana bilən qapaqlı smartfonu digər qatlana bilən smartfonlarla rəqabət aparacaq. Üstəlik şirkət öz smartfonlarını unikal texnologiyalar vasitəsilə digərlərindən fərqləndirməyə çalışacaq.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Sony qatlana bilən qapaqlı Xperia smartfonu üzərində çalışır | Technote