Logo
    main-post-cover

    Sony şirkəti smartfonlarda ön kameranın qeyri-adi yerləşdirilmə üsulunu fikirləşib

    Cihazlar+
    17.08.2022
    Emil
        Müasir smartfonların ön kameraları ekran üzərində yerləşdirilmiş çıxıntı hissənin daxilinə inteqrasiya edilir. Fərq isə müxtəlif smartfon modellərinin ekranlarında olan çıxıntı hissənin ölçüsündədir. Lakin insayderlərin verdikləri məlumatlara əsasən Sony şirkəti ön kameranın yerləşdirilməsi məsələsində yeni üsul fikirləşib. İnternetdə Sony şirkətinin yeni flaqman smartfonunun qeyri-rəsmi render fotosu ortaya çıxıb və həmin fotodan da görmək olar ki, ön kamera bir qədər qeyri-adi üsul ilə smartfonun ön panelinə yerləşdirilib. İnsayderlərin verdikləri məlumatlara inansaq, Sony Xperia 1 V smartfonu heç bir çıxıntı hissəyə sahib olmayan tam ekran ilə təchiz olunacaq.
        Ekranın yuxarı hissəsindəki çox nazik çərçivə daxilində isə maksimal dərəcədə kiçik ölçülü kamera sahələri yerləşəcək. Bu cür kiçik ölçülü kamera sahələrinə inteqrasiya ediləcək kameraların özəllikləri barəsində heç bir məlumat yoxdur. Heç istisna deyil ki, həmin kiçik ölçülü kamera sahələrində ön kameradan əlavə olaraq həmçinin müxtəlif sensorlar da yerləşəcəklər. Məlumata əsasən buna bənzər ön kamera dizaynını həmçinin Google şirkətinin ilk qatlana bilən smartfonu da əldə edə bilər. Lakin insayderlər bu məlumatı təsdiqləyəcək hər hansısa bir fotoya sahib deyillər. Sony Xperia 1 V adlı flaqman smartfonun texniki özəllikləri və təqdimat tarixi barəsində heç bir məlumat verilməyib.
    Paylaş
    Bənzər xəbərlər