
Sony şirkəti Xperia 1 V adlı yeni flaqman smartfonunun təqdimatını anons edib
Sony şirkəti Xperia smartfon seriyasının növbəti flaqman modelinin təqdimatını anons edib. Söhbət, Xperia 1 V-dən gedir. Verilmiş rəsmi məlumata əsasən Xperia 1 V smartfonu 11 may tarixində təqdim olunacaq. Məlumat sızıntılarına əsasən sözügedən smartfon 6.5 düym ekran ilə təchiz olunacaq və ekran üzərində heç bir çıxıntı hissə olmayacaq. Smartfon Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və özündə 16 GB RAM ilə 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Kameralara gəldikdə isə Xperia 1 V-nin 48 MP + 12 MP + 12 MP üçlü arxa kamera ilə təchiz olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər