Logo
    main-post-cover

    Sony smartfon bazarından ayrılmağı planlaşdırmır

    Cihazlar+
    23.06.2023
    Emil
        Son illərdə bizlər, HTC, LG və digər istehsalçıların smartfon bazarında necə uğursuz olduqları səbəbilə bu bazardan ayrıldıqlarının şahidi olduq. Bir çoxları düşünürdülər ki, smartfon bazarından ayrılacaq növbəti təmsilçi Sony şirkəti olacaq. Belə ki, şirkətin Xperia smartfonlarının satışları digər məşhur brendlərin smartfonlarının satış göstəricilərindən qat-qat aşağıdır.
        Lakin bununla belə Qualcomm şirkəti Sony-nin smartfon bazarından ayrılacağı ilə bağlı fikirləri aradan qaldırıb. Belə ki, Qualcomm təqdim etmiş olduğu press-relizdə Sony şirkəti ilə əməkdaşlıq müddətini uzatdığını elan edib. Press-relizdə həmçinin qeyd edilib ki, hər iki şirkət birgə növbəti nəsil premium və orta səviyyəli smartfonların hazırlanmasına davam edəcəklər. Bu isə o deməkdir ki, Sony yaxın illərdə smartfon bazarından ayrılmağı planlaşdırmır və Xperia smartfon seriyasında yeni modelləri hazırlamağa davam edəcək.
    Paylaş
    Bənzər xəbərlər