Sony Xperia 1 V flaqman smartfonu təqdim edilib - QİYMƏTİ

Sony Xperia 1 V flaqman smartfonu təqdim edilib - QİYMƏTİ

Mobil Cihazlar
11.05.2023 PAYLAŞIM

    Sony şirkəti Xperia 1 V flaqman smartfonunu təqdim etməklə Xperia smartfon seriyasını genişləndirib. Təqdim edilmiş yeni Xperia 1 V smartfonu xarici görünüşcə daha öncəki Xperia modellərindən fərqlənmir. Smartfon yastı kənar hissələrə və simmetrik ekran çərçivələrinə sahibdir. Xperia 1 V-in ekranı üzərində ön kamera üçün heç bir çıxıntı yoxdur. Ön kamera ekranın yuxarı hissəsindəki çərçivə üzərində yerləşdirilib. Beləliklə Xperia 1 V smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 3840x1644 piksel keyfiyyətli 6.5 düym OLED ekran ilə təchiz olunub. Ekran Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunub.


    Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Bununla yanaşı smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunur. Xperia 1 V özündə kontaktsız ödənişlər üçün NFC çipini və naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 8 Gen 2 prosessoru, 12 GB RAM, 256 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 52 MP + 12 MP + 12 MP üçlü arxa kamera, 12 MP-lik ön kamera və 30 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

    Smartfon həmçinin 30 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir. Şirkət bildirib ki, 52 MP-lik əsas arxa kameranın əsas fərqləndirici özəlliyi piksel strukturundadır. Belə ki, piksel strukturundakı fotodiod və tranzistor 2 ayrı-ayrı laylara ayrılıb. Bu isə öz növbəsində kamera tərəfindən udulan işığın miqdarını çoxaldır və kadrda ola biləcək səs-küyü azaldır. Nəticədə yaxşı işıqlandırılmamış mühitdə kamera vasitəsilə çəkilən fotoların keyfiyyətləri iki dəfə yüksəlir. Xperia 1 V smartfonu Android 13 vasitəsilə çalışır. Smartfon iyunun sonunda satışa çıxacaq və Avropa bazarında 1400 avroya satılacaq.



DAHA ÇOX


AnTuTu istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonla..

AnTuTu bençmarkı istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonlarının reyt..


Xiaomi 13 Ultra-nın qlobal versiyasının satış tarixi ilə qiyməti məlum olub..

Xiaomi şirkəti aprel ayında Xiaomi 13 Ultra flaqman smartfonunu Çin bazarında təqdim etmişdi.


Xiaomi qatlana bilən qapaqlı smartfon üzərində çalışır

Çindən olan şirkətlər artıq müəyyən müddətdir ki, özlərinin qatlana bilən smartfonlarını istehsal ed..


Büdcəli Redmi 12 smartfonunun bəzi texniki özəllikləri təsdiqlənib

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin Redmi brendi Avropa bazarında Red..


Samsung Galaxy F54 5G smartfonu təqdim edilib - QİYMƏTİ

Samsung şirkəti daha öncədən də söz verdiyi kimi bugün Hindistanda Galaxy F54 5G smartfonunu təqdim ..


Orta büdcəli OnePlus Nord N30 5G təqdim edilib - QİYMƏTİ

OnePlus şirkəti Nord seriyasının yeni modelini təqdim edib. Söhbət, OnePlus Nord N30 5G-dən gedir...

×