
Sony Xperia 10 V adlı yeni orta büdcəli smartfon üzərində çalışır
Cihazlar+
21.11.2022
Emil
Sony şirkəti Xperia 10 V adlı yeni orta büdcəli smartfon üzərində çalışır. Verilmiş məlumata əsasən bu smartfon 4 nanometrlik texnoloji proses əsasında hazırlanmış Snapdragon 6 Gen 1 prosessoru vasitəsilə çalışacaq. Bundan əlavə olaraq Xperia 10 V modeli özündə Full HD+ keyfiyyətli 6.1 düym OLED ekranı birləşdirəcək. Ekranda təsvir yenilənməsinin hansı Hz göstəricisində olacağı bilinmir. Smartfon həmçinin 6 GB RAM, 128 GB daxili yaddaş həcmi və 5150 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Xperia 10 V-də olacaq kameralar barəsində heç bir məlumat yoxdur. Lakin güman olunur ki, smartfon üçlü arxa kameranı əldə edəcək. Çox güman ki, yeni smartfon Xperia 10 IV modelində olduğu kimi 12 MP + 8 MP + 8 MP üçlü arxa kamera ilə təchiz olunsun.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
