Logo
    main-post-cover

    Sony Xperia 5 V flaqman smartfonu barəsində yeni məlumat verilib

    Cihazlar+
    26.04.2023
        Artıq dəfələrlə məlumat verilib ki, Sony hal hazırda Xperia 5 V adlı yeni flaqman smartfon üzərində çalışır. İndi isə sözügedən smartfon 3C adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb. Sertifikatlaşdırma agentliyinin məlumatlar bazasına əsasən Xperia 5 V smartfonu XQ-DQ72 model nömrəsinə sahibdir. Ortaya çıxmış məlumata əsasən Xperia 5 V smartfonu 33 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, Xperia 5 IV smartfonu 30 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyir. Həmçinin Xperia 5 V 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekran, Snapdragon 8 Gen 2 prosessoru və 16 GB RAM ilə təchiz olunacaq. Smartfon yay aylarından birində təqdim olunmalıdır.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Sony Xperia 5 V flaqman smartfonu barəsində yeni məlumat verilib | Technote