Logo
    main-post-cover

    Sony Xperia 5 V smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    28.08.2023
        Keçən həftə Sony şirkəti Xperia 5 V adlı yeni kompakt ölçülü smartfonunun təqdimatını anons etdi. Sözügedən smartfon 1 sentyabr tarixində Çində təqdim ediləcək. İndi isə məlum olub ki, Xperia 5 V smartfonu Geekbench testlərindən keçib. Geekbench məlumatlarına əsasən Sony-nin bu yeni smartfonu Snapdragon 8 Gen 2 prosessoru ilə təchiz olunub və Android 13 əməliyyat sisteminə sahibdir. Geekbench testlərindən smartfonun 8 GB RAM-a sahib versiyası keçib. Beləliklə Xperia 5 V Geekbench-in bir nüvəli testi çərçivəsində 2004 xal, çox nüvəli testi çərçivəsində isə 5059 xal toplayıb.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Sony Xperia 5 V smartfonu Geekbench testlərindən keçib | Technote