
Sony Xperia 5 V smartfonunun təqdimatı anons edilib
Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Sony şirkəti Xperia 5 V adlı yeni kompakt ölçülü smartfon üzərində çalışır. İndi isə şirkət sözügedən smartfonun təqdimatını anons edib. Şirkətin rəsmi anonsuna əsasən Xperia 5 V smartfonu 1 sentyabr tarixində Çində təqdim olunacaq. Son məlumat sızıntılarına əsasən Xperia 5 V smartfonu Snapdragon 8 Gen 2 prosessoru, 16 GB RAM ilə təchiz olunacaq və 33 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək.
Paylaş
Bənzər xəbərlər