Logo
    main-post-cover

    Sony Xperia Flip adlı qatlana bilən qapaqlı smartfon üzərində çalışır

    Cihazlar+
    24.07.2023
    Emil
        Apple kimi Sony də hər hansısa qatlana bilən cihaza sahib olmayan şirkətlərdən biridir. Lakin yaxın zamanda bu vəziyyət dəyişə bilər. Belə ki, insayderlərin vermiş olduqları yeni məlumata əsasən Sony öz ilk qatlana bilən smartfonu üzərində çalışır və onun Xperia Flip adını əldə edəcəyi gözlənilir. Məlumatda qeyd edilib ki, Xperia Flip smartfonu Galaxy Z Flip kimi qatlana bilən qapaqlı smartfon olacaq. İnsayderlər bildiriblər ki, Xperia Flip-də ekran gövdə nisbəti 21:9 təşkil edəcək buna görə də smartfonun gövdəsi bir qədər geniş olacaq. Gözləntilərə əsasən Xperia Flip 4K keyfiyyətli 7 düym daxili ekran ilə təchiz olunacaq. İnsayderlər Sony-nin ilk qatlana bilən smartfonu barəsində digər bir məlumat verməyiblər. Xperia Flip-in nə zaman təqdim olunacağı məlum deyil.
    Paylaş
    Bənzər xəbərlər