Logo
    main-post-cover

    Sony Xperia Pro-I II flaqman smartfonu barəsində yeni məlumatlar ortaya çıxıb

    Cihazlar+
    09.06.2023
        Sony şirkəti 2021-ci ildə Xperia Pro-I adlı flaqman smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun davamçısı üzərində çalışır. Söhbət, Xperia Pro-I II-dən gedir. Bu smartfonun sxematik render fotosu ilə bəzi məlumatları ortaya çıxıb. Ortaya çıxmış sxematik render fotoya əsasən Xperia Pro-I II smartfonu üçlü arxa kamera ilə təchiz olunacaq. Maraqlısı ondadır ki, onlardan ikisi 1 düym ölçülü kamera sensoruna sahib ola bilər. Digər texniki özəlliklərə gəldikdə isə smartfon yüksək təsvir yenilənməsinə sahib OLED ekran və Snapdragon 8 Gen 2 prosessoru ilə təchiz olunmalıdır. Xperia Pro-I II-nin nə zaman təqdim ediləcəyi bilinmir. Ola bilər ki, Sony onu bu ilin dördüncü rübündə təqdim etsin.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Sony Xperia Pro-I II flaqman smartfonu barəsində yeni məlumatlar ortaya çıxıb | Technote