Logo
    main-post-cover

    SpaceX ilə mümkün birləşmə Tesla-nı Çindən uzaqlaşdıra bilər

    Cihazlar+
    31.07.2026
    Sevinj
        Tesla-nın SpaceX ilə mümkün birləşməyə hazırlaşmaq üçün Çindəki biznesini qlobal əməliyyatlardan ayırmağı nəzərdən keçirdiyi bildirilir. The Wall Street Journal-ın mənbələrə istinadən yaydığı məlumata görə, Tesla-nın bəzi rəhbərlərinə Çin biznesinin ayrılması üçün hazırlıq görmək tapşırılıb. Müzakirə olunan variantlar arasında Tesla-nın Çindəki fəaliyyətinin ayrıca şirkətə çevrilməsi, satılması və hətta bağlanması da var. Şirkətin bu prosesi nisbətən sürətli həyata keçirə biləcəyi bildirilir.
        Bunun əsas səbəblərindən biri Tesla ilə SpaceX arasında mümkün birləşmədir. SpaceX ABŞ-nin müdafiə və milli təhlükəsizlik layihələrində iştirak edən şirkətdir. Buna görə də şirkət əməkdaşlıq etdiyi şəxslər, texnologiyalar və xarici ölkələrlə əlaqələr baxımından daha sərt təhlükəsizlik qaydalarına tabedir. Tesla-nın Çində genişmiqyaslı fəaliyyəti isə mümkün birləşmə zamanı əlavə hüquqi və təhlükəsizlik problemləri yarada bilər. Mənbələr bildirir ki, Elon Musk daha əvvəl də Çin biznesinin ayrılması ssenarisinə hazırlaşmağı tapşırıb. Bu hazırlıq Çinin Tayvana mümkün hərbi müdaxiləsi halında Tesla-nın qlobal biznesini qorumaq məqsədi daşıyıb.
    Paylaş