Spotify-da konsert bileti almaq artıq mümkün olacaq
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Spotify və SeatGeek yeni inteqrasiyanı elan ediblər. Bu əməkdaşlıq sayəsində Spotify istifadəçiləri artıq sənətçinin profil səhifəsində və ya tur tarixlərinə baxarkən konsert biletlərini birbaşa tətbiq daxilində görə və ala biləcəklər.
Yeni sistem Spotify üzərindən konsertə maraq göstərən istifadəçiləri avtomatik olaraq SeatGeek tərəfindən təmin olunan rəsmi bilet səhifəsinə yönləndirəcək. Bu isə musiqi dinləyicilərinin konsertə getmə prosesini daha sürətli və rahat edəcək. Hazırda inteqrasiya yalnız SeatGeek-in əsas bilet operatoru olduğu 15 böyük ABŞ məkanında aktivdir. Bu məkanlar arasında aşağıdakılar var:
- State Farm Stadium
- Nissan Stadium
- AT&T Stadium
Bu əməkdaşlıq yalnız SeatGeek-in əsas bilet satıcısı olduğu məkanlarda keçərlidir. Halbuki şirkət ikinci bazarda da aktiv oyunçudur.
Paylaş