Spotify istifadəçiləri yenə problemlə üzləşiblər
Spotify iyulun 27-də ikinci dəfə genişmiqyaslı texniki problemlə üzləşib. Nasazlıq nəticəsində bəzi istifadəçilər Spotify-ın veb-saytına və tətbiqlərinə daxil olmaqda, eləcə də musiqi dinləməkdə çətinlik çəkirlər. Spotify Status hesabı problemin mövcudluğunu təsdiqləyərək şirkətin veb-saytında yaranan nasazlıqlardan xəbərdar olduğunu və məsələni araşdırdığını bildirib.
Maraqlıdır ki, bu, Spotify-ın gün ərzində üzləşdiyi ilk problem deyil. İyulun 27-də səhər saatlarında da xidmətin işində kəsinti qeydə alınmışdı. Həmin nasazlıq istifadəçi şikayətlərinin başlamasından təxminən bir saat sonra aradan qaldırılmışdı. Lakin bir neçə saat sonra Spotify-da yenidən problemlər yaranıb. Downdetector platformasında istifadəçilər xidmətlə bağlı şikayətlər bildirməyə davam edirlər. Spotify problemin səbəbi ilə bağlı əlavə açıqlama verməyib.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...