Logo
    main-post-cover

    Spotify musiqi piratlarına qarşı məhkəmədə 322 milyon dollar qazandı

    Cihazlar+
    16.04.2026
    Sevinj
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Spotify məşhur pirat arxiv platforması Anna’s Archive-a qarşı açdığı məhkəmə işində qalib gəlib. ABŞ məhkəməsi Anna’s Archive-a qarşı ümumilikdə 322 milyon dollar məbləğində cərimə qərarı çıxarıb.
    Anna's Archive claims to have backed up Spotify in a 300TB "preservation  archive" - Neowin
        Məlumata əsasən, Anna’s Archive ötən ilin dekabr ayında Spotify platformasından 86 milyon mahnını kopyaladığını və bunları “musiqi arxivi yaratmaq” məqsədilə internetdə paylaşacağını açıqlamışdı. Platforma bu faylları BitTorrent vasitəsilə yayaraq böyük musiqi kataloqunu ictimaiyyətə açmağı planlaşdırırdı. Buna cavab olaraq Spotify, eləcə də musiqi nəhəngləri Universal Music Group, Warner Music Group və Sony Music birgə şəkildə məhkəməyə müraciət etmişdi. Şirkətlər bu addımı “dünyadakı kommersiya musiqilərinin kütləvi şəkildə oğurlanması” kimi qiymətləndirmişdilər.
        Məhkəmənin qərarına əsasən:
    • Spotify-a 300 milyon dollar,
    • Universal, Warner və Sony-yə isə ümumilikdə 22.2 milyon dollar təzminat ödənilməlidir.
        Bununla yanaşı məhkəmə internet provayderlərinə Anna’s Archive saytını bloklamaq göstərişi verib və platformadan Spotify-dan əldə edilən bütün musiqi fayllarını silməsi tələb olunub.
        Burada əsas problem qərarın icrasıdır. Çünki Anna’s Archive-ın arxasında duran şəxslərin kimliyi hələ də məlum deyil. Platforma anonim şəkildə fəaliyyət göstərir və daha əvvəl bağlanmamaq üçün bir neçə dəfə domen ünvanını dəyişərək fəaliyyətini davam etdirib. Bu səbəbdən Spotify-ın həmin vəsaiti real olaraq əldə edib-etməyəcəyi böyük sual altındadır.
    Paylaş