Logo
    main-post-cover

    Spotify video podkastlar üçün Apple texnologiyasına keçir

    Cihazlar+
    15.05.2026
    Sevinj
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Spotify video podkast sahəsində mühüm addım atıb. Şirkət açıqlayıb ki, onun podkast platformaları olan Spotify for Creators və Megaphone artıq Apple tərəfindən hazırlanmış HTTP Live Streaming (HLS) texnologiyasını dəstəkləyəcək.
    Spotify posting AI-generated songs of dead artists without permission, new  report reveals
        Xatırladaq ki, Apple bu ilin fevral ayında iOS 26.4 yeniləməsi ilə birlikdə Apple Podcasts tətbiqinə HLS dəstəyi əlavə etmişdi. İndi isə Spotify-ın da bu standarta keçməsi o deməkdir ki, əvvəllər yalnız Spotify platformasında yayımlanan video podkastlar gələcəkdə Apple Podcasts üzərindən də paylana biləcək.
        HLS texnologiyası illər əvvəl iPhone və digər mobil cihazlarda video yayımı daha stabil və optimallaşdırılmış etmək üçün hazırlanıb. Bu sistem video podkastlara bir sıra üstünlüklər qazandırır. Məsələn, istifadəçilər internet sürətindən və cihaz vəziyyətindən asılı olaraq video və yalnız audio rejimi arasında avtomatik keçid edə biləcəklər. Bundan əlavə, oflayn yükləmə və dinamik reklam yerləşdirmə kimi funksiyalar da dəstəklənəcək.
        Xüsusilə podkast yaradıcıları üçün dinamik reklam inteqrasiyası vacib yenilik hesab olunur. Bu texnologiya sayəsində reklamlar istifadəçiyə və regiona uyğun şəkildə avtomatik yerləşdirilə biləcək ki, bu da monetizasiya imkanlarını artırır.
     
    Paylaş