Logo
    main-post-cover

    Starlink ABŞ-də internet paketlərinin qiymətlərini artırdı

    Cihazlar+
    18.05.2026
    Sevinj
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, SpaceX-ə məxsus olan Starlink ABŞ-də peyk internet paketlərinin qiymətlərini artırıb. Qiymət artımı həm ev istifadəçiləri üçün təqdim edilən Residential planlara, həm də Roam və Standby Mode xidmətlərinə şamil olunub. Yenilənmiş tariflərə əsasən, əvvəllər aylıq 50 dollar olan 100 Mbit/s sürətli ən sərfəli Residential paketi artıq 55 dollara yüksəlib. 200 Mbit/s sürət təklif edən paket isə 80 dollardan 85 dollara qaldırılıb. Ən yüksək Residential Max planının qiyməti də 120 dollardan 130 dollara çatıb.
    IMG_1637_edit
        Qiymət artımı yalnız ev interneti ilə məhdudlaşmır. İstifadəçilərə əsas Starlink xidmətini dayandıraraq aşağı sürətli limitsiz internetdən istifadə imkanı verən Standby Mode xidmətinin aylıq ödənişi də 5 dollardan 10 dollara yüksəlib. Bundan əlavə, səyahət və mobil istifadə üçün nəzərdə tutulan Roam paketlərində də dəyişiklik edilib. 100 GB-lıq Roam paketi artıq 55 dollar, limitsiz Roam paketi isə 175 dollar olacaq. Yalnız 300 GB-lıq Roam planının qiyməti dəyişməyərək 80 dollar səviyyəsində saxlanılıb.
    Starlink qiymət artımını şəbəkə imkanlarının genişləndirilməsi, əhatə dairəsinin artırılması və xidmət keyfiyyətinin yaxşılaşdırılması ilə əsaslandırıb. Şirkət bildirib ki, məqsəd istifadəçilərə daha sürətli və stabil internet təcrübəsi təqdim etməkdir.
    Paylaş