Statistika: Bu il 5 milyarddan çox smartfon elektron tullantıya çevriləcək

Statistika: Bu il 5 milyarddan çox smartfon elektron tullantıya çevriləcək

Mobil Cihazlar
17.10.2022 PAYLAŞIM

    Qeyri-kommersiya təşkilatı olan WEEE Forum (Waste from Electrical and Electronic Equipment) Beynəlxalq Elektron Tulantılar Günü çərçivəsində elektron tullantılar ilə bağlı bu ili və gələcək illəri əhatə edən maraqlı hesabatı təqdim edib. Qlobal satış statistikaları əsasında WEEE analitiklərinin proqnozlarına əsasən bu il 5.3 milyard ədəd smartfon elektron tullantıya çevriləcək. Söhbət, artıq istifadə edilməyən, dolablarda və qarajlarda saxlanılan, zibil yeşiklərinə adi tullantılar kimi atılan köhnə telefonlardan gedir. Smartfon qalınlığının ortalama 9 mm təşkil etdiyini nəzərə alsaq, hündürlüyü 50 000 km olacaq elektron tullantı alınar. Bu isə Yer kürəsi ilə Ay arasındakı məsafənin 1/8 hissəsidir.

    Bununla belə bu cür tulantıların emal edilməsi nəticəsində onlardan qızıl, gümüş, mis, palladium və s. faydalı materiallar əldə etmək olar. Əldə edilmiş faydalı materiallardan isə yeni smartfonlar istehsal etmək mümkündür. İstehsalçı şirkətlər tullantıları emal etməyə çalışırlar. Lakin onların bu məsələdə səyləri kifayət etmir. Məsələn Samsung şirkəti keçən il 2015-ci ildən satılmış smartfonların yalnız 0.0019%-ni emal edib. Günümüzdə bütün dünyada ümumi olaraq 16 milyard smartfon mövcdudur. Lakin təkcə Avropada hər üçüncü telefon artıq istifadə edilmir. WEEE-nin proqnozlarına əsasən 2030-cu ilə kimi hər il 74 milyon ton elektron cihaz tullantıya çevriləcək. Bura paltaryuyan maşınlar, planşetlər, kompüterlər, smartfonlar, GPS cihazları və s. daxildir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Coca-Cola-nın ilk smartfonu ColaPhone-nun fotosu təqdim edilib

Verilmiş məlumata əsasən Coca-Cola şirkəti öz smartfonunu təqdim etməyə hazırlaşır.


Galaxy S23 Ultra yeni unikal gecə çəkilişi rejiminə sahib olacaq (VİDEO)

1 fevral tarixində Samsung şirkəti Galaxy Unpacked 2023 tədbirini keçirdəcək və həmin tədbir çərçivə..


Huawei P60 Pro-nun texniki özəllikləri və arxa kamera dizaynı təqdim edilib..

Çinin Weibo sosial şəbəkəsində Huawei P60 Pro flaqman smartfon modelinin texniki özəllikləri barəsin..


Android smartfonlarla müqayisədə iPhone-ların yığılmasında 12 dəfə daha çox zavo..

Foxconn zavodlarında iPhone-lardan əlavə olaraq Android smartfonlar da istehsal edilir.


Bütün Samsung Galaxy S23 smartfonlarının texniki özəllikləri məlum olub

1 fevral tarixində Samsung şirkəti yeni Galaxy S23 smartfon seriyasını təqdim edəcək.


OnePlus Nord CE 3 smartfonunun real fotoları təqdim edilib

Mysmartprice saytı hələ təqdim edilməmiş OnePlus Nord CE 3 smartfonunun real fotolarını təqdim edib...

×