Steam Deck OLED bəzi regionlarda stokdan çıxa bilər
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Valve şirkəti rəsmi saytında etdiyi yeniləmə ilə bildirib ki, Steam Deck OLED modeli yaddaş (RAM) və saxlama komponentlərinin çatışmazlığı səbəbindən bəzi regionlarda “fasilələrlə stokdan çıxa bilər”.
Son günlər ABŞ və digər bazarlarda Steam Deck OLED modelinin əlçatmaz olması istifadəçilərin diqqətini çəkmişdi. İndi isə bunun səbəbi rəsmi şəkildə açıqlanıb. Qlobal yarımkeçirici və yaddaş böhranı portativ oyun cihazının istehsal və təchizat zəncirinə birbaşa təsir edir. Bundan əlavə, Valve daha əvvəl planlaşdırılan digər məhsullarının, Steam Machine, Steam Frame və Steam Controllerin 2026-cı ilin əvvəlində nəzərdə tutulan satış tarixini də təxirə salıb. Şirkət bildirib ki, hazırkı bazar şəraitində həm qiymət, həm də satış tarixləri ilə bağlı sabit qərar vermək çətindir.
Valve açıqlamasında qeyd edib ki, yeni avadanlıqları 2026-cı ilin ilk yarısında təqdim etmək niyyətindədir və planları mümkün qədər tez dəqiqləşdirməyə çalışır. Eyni zamanda şirkət artıq 256GB yaddaşa sahib LCD versiyalı Steam Deck modelinin istehsalını dayandırdığını da xatırladıb. Bu qərar ötən ilin sonlarında elan edilmişdi.
Paylaş