Logo
    main-post-cover

    Steam yeniləməsi oyun almağı və hədiyyə etməyi sadələşdirir

    Cihazlar+
    23.07.2026
    Sevinj
        Valve Steam platformasının hədiyyə göndərmə (Gifting)İstək Siyahısı (Wishlist) funksiyalarını daha rahat istifadə etmək üçün bir sıra yeniliklər təqdim edib. Ən diqqətçəkən dəyişikliklərdən biri artıq Steam hesabı olmadan da qonaq (Guest) rejimində oyun hədiyyə etmək imkanının yaradılmasıdır. Əvvəllər qonaq istifadəçilər yalnız Steam hədiyyə kartları və şirkətin avadanlıqlarını ala bilirdilər. Yeni ilə isə hesab yaratmadan birbaşa oyun almaq və hədiyyə göndərmək mümkün olacaq.
    A screenshot of the new category tool on Steam's wishlist page.
        Valve eyni zamanda oyunların e-poçt vasitəsilə hədiyyə edilməsini də istifadəyə verib. Bunun üçün alıcının Steam hesabını və ya hesabına bağlı e-poçt ünvanını bilməyə ehtiyac yoxdur. Satın alınan oyun xüsusi link vasitəsilə göndərilir və alıcı onu 30 gün ərzində qəbul etmədiyi halda ödənilən məbləğ avtomatik olaraq geri qaytarılır. Fərqli ölkələrdə yaşayan istifadəçilər üçün də proses sadələşdirilib. Bu halda göndərən və alan tərəf Steam-də dost olmalıdır. Valve bildirir ki, alış zamanı sistem oyunun qiymətini alıcının regionuna uyğun olaraq avtomatik hesablayacaq. Yeniləmə Wishlist funksiyasına da əhəmiyyətli dəyişikliklər gətirib. İstifadəçilər artıq istək siyahısındakı oyunları istədikləri adlarla kateqoriyalara ayıra biləcəklər. Bu kateqoriyalar qovluq və ya etiket kimi işləyir, oyunları daha rahat təşkil etməyə və yalnız müəyyən kateqoriyaya aid oyunları göstərməyə imkan verir.
    Paylaş