Logo
    main-post-cover

    Strava və Komoot Apple Watch-a offline xəritə dəstəyi gətirdi

    Cihazlar+
    27.01.2026
    Ilhama
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, velosipedçilər, yürüşçülər və qaçışçılar üçün ən populyar platformalardan olan StravaKomoot nəhayət ki, Apple Watch üçün offline xəritə dəstəyini təqdim edib. Bu yenilik uzun müddətdir istifadəçilərin əsas narazılıqlarından birini aradan qaldırır. Artıq marşrutu görmək və məşqi qeydə almaq üçün iPhone-u özünüzlə daşımağa ehtiyac yoxdur.
    Komoot vs Strava: Which cycling app is best? | Bike Perfect
        Strava-da offline xəritələr yalnız abunəçilər üçün əlçatandır. Platformanın qiymətləri aylıq 11.99 dollar, illik isə 79.99 dollar təşkil edir. Komoot isə bu funksiyanı tamamilə pulsuz təqdim edir və üstəlik, Apple Watch üzərində birbaşa "turn-by-turn" naviqasiya imkanı da verir. Xüsusilə Apple Watch Ultra-nın əsas üstünlüklərindən biri iPhone-dan asılı olmadan istifadə oluna bilməsi idi. Lakin indiyə qədər marşrut əsaslı məşqlər üçün istifadəçilər ya telefonu özləri ilə aparmalı, ya da əlavə ödənişli tətbiqlərə (məsələn WorkOutDoors və ya Footpath) müraciət etməli olurdular. Bu da istifadə təcrübəsini xüsusilə Garmin saatları ilə müqayisədə zəif göstərirdi.
        Yeniləmə ilə Strava və Komoot arasındakı fərq daha da azalıb və Apple ekosistemi Garmin-in illərdir üstün olduğu sahəyə bir addım da yaxınlaşıb. Texnoloji icmalları ilə tanınan DesFit Komoot-un Apple Watch tətbiqinin hazırkı mərhələdə əsas funksiyaları stabil və daha səliqəli təqdim etdiyini bildirir. Komoot isə gələcək yeniləmələrdə avtomatik marşrutun yenidən qurulması (auto-rerouting) kimi daha inkişaf etmiş funksiyaların da əlavə olunacağını açıqlayıb.
    Paylaş