Logo
    main-post-cover

    Summer Game Fest 2026 başlayır: hansı oyunlar təqdim olunacaq?

    Cihazlar+
    04.06.2026
    Sevinj
        Summer Game Fest 2026 tədbirinin əsas təqdimatı iyunun 6-da keçiriləcək. Oyun dünyasının ən böyük illik tədbirlərindən biri hesab olunan Summer Game Fest çərçivəsində oyunsevərlər müxtəlif platformalar üçün hazırlanmış yeni oyun elanları, yeniliklər və eksklüziv təqdimatlarla tanış olacaqlar. Təqdimata məşhur aparıcı Geoff Keighley və oyun jurnalisti Lucy James rəhbərlik edəcək. Canlı yayım YouTube və Twitch platformalarında izlənilə biləcək. YouTube üzərindən yayımın 4K və 60 kadr/saniyə keyfiyyətində təqdim ediləcəyi açıqlanıb.
        Bu il təqdimatda bir sıra məşhur oyunlarla bağlı yeniliklərin paylaşılması gözlənilir. Bunların arasında Gears of War: E-Day, Fable, Mortal Shell II, Clockwork Revolution, Halo: Campaign Evolved və Minecraft Dungeons II kimi layihələr yer alır. Həmçinin Bethesda şirkətinin Fallout 3, Blade və Wolfenstein seriyaları barədə yeni məlumatlar təqdim edə biləcəyi ehtimal olunur. Activision-un isə ötən həftə elan etdiyi Call of Duty: Modern Warfare 4 haqqında əlavə detallar açıqlaması gözlənilir.
        Summer Game Fest yalnız əsas təqdimatla məhdudlaşmır. Tədbir çərçivəsində Women-Led Games, Day of the Devs və Xbox Games Showcase kimi çoxsaylı təqdimatlar da təşkil olunacaq. Ümumilikdə iyunun 2-dən 8-dək davam edən festival proqramına 18 müxtəlif tədbir daxildir.
    Paylaş
    Bənzər xəbərlər