Logo
    main-post-cover

    SwitchBot evlər üçün “ən əlçatan” humanoid robotunu təqdim etdi

    Cihazlar+
    05.01.2026
    Sevinc
        Technote.az “Mashable” platformasına istinadən bildirir ki, CES 2026 sərgisində SwitchBot ağıllı evlərin gələcəyi ilə bağlı iddialı konseptini nümayiş etdirib. Şirkət onero H1 adlı humanoid ev robotunu “ən əlçatan ev robotu” kimi təqdim edərək, ağıllı ev anlayışında yeni mərhələyə keçidi vurğulayır.
    a tall humanoid robot waving next to red text that says Onero H1
        İllərdir elmi-fantastik filmlərdə gördüyümüz “robot köməkçi” ideyası artıq reallığa bir addım da yaxınlaşır. SwitchBot-un yanaşması isə sadəcə yeni bir ağıllı cihaz əlavə etməkdən ibarət deyil. Şirkət ağıllı evləri tək funksiyalı qurğular toplusundan çıxarıb, real tapşırıqları yerinə yetirə bilən ümumi təyinatlı ev robotlarına doğru aparmaq istəyir. onero H1 konkret “killer feature” üzərində qurulmayıb. Əvəzində, embodied AI yanaşmasına əsaslanan çevik platforma kimi dizayn edilib. Robot vizual qavrayış, dərinlik sensorları və toxunma geribildirimi ilə işləyir. 22 sərbəstlik dərəcəsi və cihaz üzərində çalışan OmniSense VLA modeli sayəsində, əvvəlcədən dəqiq proqramlaşdırılmadan gündəlik ev tapşırıqlarını yerinə yetirməyi hədəfləyir.
        Praktik baxımdan bu, obyektləri tutmaq, qapıları açmaq, əşyaları səliqəyə salmaq kimi incə və təmas tələb edən işlərdə robotun daha stabil və ağıllı davranması deməkdir. Bu cür tapşırıqlar hazırda istehlakçı robotları üçün ən çətin sahələrdən biri sayılır.
    Paylaş